BMT Əfqanıstanda humanitar missiyasını davam etdirəcək

18-08-2021, 07:52           
BMT Əfqanıstanda humanitar missiyasını davam etdirəcək
BMT “Taliban” radikal hərəkatının nəzarəti altına keçən bölgələrdə humanitar missiyasını davam etdirir və beynəlxalq təşkilat gözləmədiyimiz hər hansı fövqəladə vəziyyət olmayana qədər bölgədəki nümayəndələrini geri çəkməyəcək, siyasi və humanitar missiyasını davam etdirəcək. 48 saat davam edən proseslərdən sonra “Taliban” nümayəndələri ilə bu sabah danışıqlarımız baş tutdu”.

“Report” un yerli bürosu xəbər verir ki, buları BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.

“Kabil hava limanının normal fəaliyyətini bərpa etməsi bölgədə davamlı humanitar əməliyyatlarımızı reallaşdırmaq üçün bizə kömək edə bilər. Buna görə də bölgədə aviasiya əməliyyatlarının ən qısa zamanda normallaşmasını görmək istəyirik. BMT Əfqanıstanda humanitar işlər görür və önəmli rol oynayır. Əfqanıstanda cərəyan edən edən vəziyyət ətrafında xüsusi köməyə ehtiyacı olan vətəndaşlarla bağlı narahatlıqlarımız var. Növbəti mərhələdə reallaşan hərəkətlilik nələr baş verəcəyini bizə göstərəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru