ABŞ Əfqanıstandan 3,2 mindən artıq insan təxliyə edib

18-08-2021, 08:05           
ABŞ Əfqanıstandan 3,2 mindən artıq insan təxliyə edib
ABŞ hakimiyyəti avqustun 17-si Əfqanıstandan təxminən 1,1 min ABŞ vətəndaşı, ABŞ-da yaşamaq icazəsi olan şəxslər və ailə üzvlərini təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ağ Evin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yalnız son bir neçə gün ərzində Əfqanıstandan 3,2 mindən artıq insan təxliyə edilib: "Bu gün ABŞ hərbi uçuşlar ilə təxminən 1,1 min ABŞ vətəndaşını, ABŞ-ın daimi sakinlərini və ailələrini təxliyə edib. Bundan sonra bu rəqəmlərin artacağını gözləyirik".

Ağ Evin nümayəndəsi qeyd edib ki, ötən gün ümumilikdə 13 reys həyata keçirilib: "Bu günə qədər heyətimiz də daxil olmaqla 3,2 mindən çox insanı təxliyə etmişik. Bundan əlavə, ABŞ-a xüsusi immiqrant vizası üçün müraciət etmiş 2 mindən çox Əfqanıstanlı da təxliyə edilib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru