İşçisinə görə II Elizabetin səhhəti təhlükə altına düşdü

19-08-2021, 08:02           
İşçisinə görə II Elizabetin səhhəti təhlükə altına düşdü
Böyük Britaniya kraliçası II Elizabetin səhhəti Balmoral Şotlandiya qalasının işçisinin koronavirusa yoluxmasından sonra təhlükə altına düşüb.

Bu barədə “Express” xəbər verib.

Saraydan olan mənbənini sözlərinə görə, qalanın bütün işçiləri hər gün COVID-19 testindən keçir. Avqustun 14-də bir işçinin test cavabının müsbət olduğu ortaya çıxıb.

“O, evə göndərildi, işçilər üçün kafeterya və bar isə bağlandı”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, sarayın işçiləri maska ​​taxırlar və II Elizabetlə təmasda olmurlar. Kral ailəsi eyni şəkildə davranmağa davam edir.

Mənbənin dediyinə görə, saray adamları kral ailəsinin üzvlərinin yemək zamanı özlərinə xidmət etməsi fikrini müzakirə ediblər, ancaq II Elizabet buna qarşı çıxıb və xidmət edən heyətin yeməyi verəcəyi barədə qərarını açıqlayıb.

“Bundan əlavə, ailə əvvəlki kimi maral ovuna çıxmağa və mülkdə pikniklər təşkil etməyə davam edəcək”, - deyə qəzetdə qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru