İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib

19-08-2021, 08:44           
İsveçin ən yüksək dağ zirvəsi buzlaqların sürətli əriməsinə görə kiçilib
Buzlaqla örtülü olan İsveçin ən yüksək dağ zirvəsi Kebnekaysenin cənub zirvəsində sürətli ərimə qeydə alınıb.

Bu səbəbdən dağın hündürlüyü təxminən iki metr azalıb və indi dəniz səviyyəsindən 2 094.6 metr yüksəklikdə yerləşir.

Bu barədə Stokholm Universitetindən məlumat verilib.

Hazırda Kebnekaysenin ən yüksək zirvəsi buzlaq olmayan şimal zirvəsidir.

Şimal zirvəsinin hündürlüyü 2 096.8 metr təşkil edir.

Qeyd edək ki, BMT-nin İqlim Komissiyasının son hesabatında qlobal istiləşmənin buzlaqların görünməmiş əriməsinə səbəb olduğu vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru