Afrikada uşaq iflici virusu qorxu yaradır: Peyvənd kampaniyası başlayır

20-08-2021, 07:44           
Afrikada uşaq iflici virusu qorxu yaradır: Peyvənd kampaniyası başlayır
Qərbi Afrika ölkəsi olan Qambiyanın paytaxtı Bajul və dənizkənarı kurort ərazi Kotu bölgəsindən götürülən nümunələrdə poliovirus (uşaq iflici) aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Ahmadou Lamin Samateh açıqlayıb.

Onun bildirdiyinə görə, təxminən 2 milyon əhalisi olan ölkədə çox qorxulu virusun yayılması hökumətin epidemiyanı dayandırmaq üçün bir peyvənd kampaniyasına başlamasını məcburi edir.

Samateh əlavə edib ki, kampaniyalar beş yaşından kiçik bütün uşaqları hədəfləyir.

Afrikada, Qambiyadan başqa Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Nigeriya, Çad və Sudan kimi ölkələrdə də poliovirus aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru