NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

20-08-2021, 21:56           
NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi
NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra Alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, Stoltenberq Türkiyənin Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib.

O qeyd edib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

Stoltenberq Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində rol oynadıqlarına görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.

“Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsində həyati rol oynadıqlarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq”, - deyə Baş katib qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru