NATO-Rusiya gərginliyini artıracaq ADDIM: İspaniya rus gəmilərinə embarqo qoydu

21-08-2021, 00:04           
NATO-Rusiya gərginliyini artıracaq ADDIM:
İspaniya Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib.

Yenicag.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinin yazdığına görə, Rusiya tərəfi “Vitse-Admiral Kulakov” böyük sualtı qayıq əleyhinə gəmisi və “Altay” yedək gəmisi üçün 18-20 avqust tarixlərində icazə istəyib.

İspaniya Müdafiə Nazirliyi sənədin verilməsində heç bir maneə görməsə də, ölkənin Xarici İşlər Nazirliyi əlavə olaraq Moskvadan kampaniyanın son məqsədi barədə soruşub.

Nəşr hesab edir ki, nazirlik bununla Rusiya gəmilərinin marşrutu ilə bağlı hər hansı ziddiyyətli vəziyyətdən yayınmaq istəyib və heç bir cavab almadığı üçün ərizəni rədd edib.

Məqalədə 2022 -ci ilin yazında keçiriləcək NATO zirvəsinin təşkilatçısı olacaq Madridin bu mövqeyinin siyasi mahiyyətindən də bəhs edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru