65 min banka pivəni insanlardan üstün tutdular - Almanların Əfqanıstandan təxliyə qərarı

21-08-2021, 00:09           
65 min banka pivəni insanlardan üstün tutdular -
Əfqanıstandakı işçilərinin təxliyəsi zamanı Almaniya hakimiyyəti əvvəlcə 65 min banka pivəni çıxarmağa qərar verib. Berlin insanları yalnız bundan sonra xilas etməyə başlayıb.

Teref.az xəbər verir ki, bu haqda alman nəşri “Bild” yazır.

Böyük miqdarda spirt partiyasının Məzari-Şərifdəki bazada olduğu bildirilir. Eyni yerdə limonadlı pivə içkiləri, 340 şüşə şərab və şampan da varmış. Alkoqolun ümumi miqdarı 22,5 min litr imiş.

Nəşr yazır ki, Azad Demokrat Partiyasının inkişaf üzrə mütəxəssisi Kristof Hoffman Berlinin yalnız Bundesver köməkçilərini çıxarmaq niyyətindən çaşqınlıq içərisində olduğunu ifadə edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti GIZ -də çalışan Əfqanıstan sakinlərinin təxliyə etməyi də planlaşdırmır.

Almaniyanın xarici işlər naziri Heiko Maasın sözlərinə görə, təxliyə edilə bilən insanların sayı maksimum 2000 nəfəri keçməməlidir. O əlavə edib ki, yuxarıda qeyd olunan əfqanları çıxarmağa başlasaq, gərək 20 min insanı xilas edək.

“Bild” nəşri Almaniya hakimiyyət orqanlarını tənqid edərək, pivəni Əfqanıstanda olan insanların həyatından üstün tutmaqda günahlandırıb.

Xatırladırıq ki, Taliban Kabulu 15 avqustda döyüşsüz silahsız ələ keçirib. Əfqanıstan Prezidenti Əşrəf Qani istefa verərək, ölkəni tərk edib. O bunu qan tökülməməsi üçün etdiyini bəyan edib. 16 avqustda “Taliban” hərəkatı siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini elan edib. O əlavə edib ki, idarəetmə forması yaxın vaxtlarda açıqlanacaq.

Hazırda ABŞ və NATO ölkələri ilə əməkdaşlıq edən xarici işçilərin və əfqanların təxliyəsi aparılır. Bu proses Qərb dövlətlərinin qoruduğu Kabil hava limanında həyata keçirilir./Azvision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.