Yaponiyada virusa növbəti rekord yoluxma qeydə alındı

21-08-2021, 07:10           
Yaponiyada virusa növbəti rekord yoluxma qeydə alındı
Son bir gündə Yaponiyada koronavirusa 25 876 yoluxma hadisəsi qeydə alınıb.

NHK telekanalı məlumat yayır ki, bu növbəti rekord göstəricidir.

Əvvəlki anti-rekordlar çərşənbə günü – 23 917, cümə axşamı günü – 25 156 hadisə olub.

Son 24 saatda ən çox yoluxma Tokioda (5 405 nəfər) və Osakada (2 586 nəfər) təsdiqlənib.

Bu gün ölkədə 34 yoluxmuş insan ölüb.

Ümumilikdə, pandemiyanın başlanğıcından indiyədək Yaponiyada 1,2 milyondan çox insanda infeksiya aşkar edilib, onların arasında 15,5 mindən çox ölüm qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru