Kapitoliyanı partlatmaqla hədələyən şəxs HƏBS EDİLDİ - FOTO
21-08-2021, 11:41
ABŞ Konqresinin yaxınlığında bomba partlayışı təhdidi ilə əlaqədar saxlanılan Şimali Karolinalı bir amerikalı, kütləvi qırğın silahlarından istifadə etməklə hədələməklə günahlandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat verib. Xəbərdə qeyd olunur ki, 49 yaşlı Floyd Ray Roseberry bu yaxınlarda ABŞ prezidenti Co Baydenin siyasətinə qarşı çıxaraq, miqrantlardan şikayət edərək, ölkədəki sağlamlıq sistemini tənqid edib. O eyni zamanda zorakı hərəkətlər etməklə daha əvvəl ABŞ Konqres Kitabxanasının yaxınlığındakı səkidə avtomobilini park edərək ona yaxınlaşan zabitə maşında bomba olduğu yalanını deməkdə də günahlandırılır. Nəticədə danışıqlardan sonra Floyd özü polisə təslim olub.