Təyyarəni reklam etmək üçün Əfqanıstanı bombaladılar

22-08-2021, 09:51           
Təyyarəni reklam etmək üçün Əfqanıstanı bombaladılar
İsveçin Əfqanıstanda partlayışlar təşkil edərək istehsal etdiyi döyüş təyyarələrini reklam etmək istədiyi ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə "Vikiliks" məlumat yayıb.

Bildirilib ki, İsveç 2008-ci ildə "JAS-39 Qripen" döyüş təyyarələrini tanıtmaq üçün Əfqanıstana hava zərbələri endirmək istəyib.

İsveç səlahiyyətliləri bu döyüş təyyarələrini Əfqanıstana göndərməklə həm ölkənin hava qüvvələrinin təcrübə qazanacağını, həm də silah bazarında təyyarələrin satışının artacağını proqnozlaşdırıblar.

Qeyd edək ki, son 20 ildə Əfqanıstan ərazisi mütəmadi bombardmana məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru