"Rusiyanın sanksiyası ən yaxşı hədiyyədir" - Danilov

22-08-2021, 10:35           
"Rusiyanın sanksiyası ən yaxşı hədiyyədir" - Danilov
Rusiyanın mənə tətbiq etdiyi sanksiya Ukraynanın müstəqilliyinin 30 illiyi üçün ən yaxşı hədiyyədir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

"Mən bunu ən yüksək fərqləndirmə və milli maraqlarımızı qorumaq baxımından birgə işimizin ən yaxşı qiymətləndirilməsi hesab edirəm", - A.Danilov vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilova sanksiya tətbiq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.