Rusiya ilə Səudiyyə Ərəbistanı hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar

24-08-2021, 10:21           
Rusiya ilə Səudiyyə Ərəbistanı hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar
Sənədi 23 avqust Bazar ertəsi günü Rusiya müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə müavini Aleksandr Fomin və krallığın müdafiə nazirinin müavini Şahzadə Xalid bin Salman Əl-Səud imzalayıblar. Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestisiya” qızeti yazıb.

Sergey Şoyqu Səudiyyə şahzadəsi ilə görüşdə Rusiya hərbi nazirliyinin krallıqla hərbi-texniki əməkdaşlığının dinamik inkişafına sadiq olduğunu söyləyib.

Nazir şahzadəyə "Armiya-2021" VII Beynəlxalq Hərbi-Texniki Forumunda iştirakına görə təşəkkürünü də bildirib.

"Siz sərginin meydançalarında ən son rus nümunələri, həmçinin Suriyada özünü yaxşı tərəfdən göstərənlər silahglarla tanış ola biləcəksiniz" – Şoyqu deyib.

O qeyd edib ki, şahzadənin foruma şəxsən gəlməsini Səudiyyə Ərəbistanının Rusiya ilə əməkdaşlığı daha da gücləndirmək kursunun təsdiqi kimi qiymətləndirir.

Şoyqu əlavə edib ki, Rusiya və Səudiyyə Ərəbistanı başçıları arasındakı etibarlı və hörmətli münasibətlər ölkələrin hərbi idarələri arasında konstruktiv dialoqa kömək edir.

Şahzadə Xalid bin Salman Əl-Səud öz növbəsində Səudiyyə Ərəbistanının Rusiya Federasiyası ilə əməkdaşlığı gücləndirmək əzmində olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru