Əfqanıstanı bu şəxslər idarə edəcəklər: - Əhməd Məsuda da yer ayrılıb, ancaq...

24-08-2021, 14:53           
Əfqanıstanı bu şəxslər idarə edəcəklər: - Əhməd Məsuda da yer ayrılıb, ancaq...
“Taliban” liderləri Əfqanıstanı idarə etmək üçün 12 nəfərdən ibarət məclis fomalaşdırır.

Cebhe.info xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı mənbələrə istinadən yazıb.
Jurnalın yazdığına görə, məclisdə ən nüfuzlu üç şəxs olacaq: “Taliban”ın Dohadakı siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər, “Taliban”ın hərbi komissiyasının rəhbəri, hərəkatın qurucusu Molla Ömərin oğlu Molla Molavi Yaqub, qruplaşmanın yüksək rütbəli üzvü Xəlil Əl-Rəhman Haqqani.

“Taliban” Əfqanıstanda prezident və ya hər hansı digər siyasi postu bərpa etmək istəmir, eyni zamanda əvvəlki hökumət üzvlərinə yeni şurada yerlər təklif etməyi planlaşdırır.“ Foreign Policy” xəbər verir ki, “Taliban” beynəlxalq ictimaiyyət tərəfindən tanınma şansını artırmaq üçün mümkün qədər daha çox qrupu əhatə edəcək idarəetmə orqanı yaratmaq istəyir.

Nəşrin həmsöhbətinin dediyinə görə, silahlılar hakim şurada “Pəncşir aslanı” ləqəbli səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudu da görmək istəyirlər:
“Ancaq oğul Məsudun bu məclisə girməsi mümkün deyil, çünki o, Pəncşir əyalətində “Taliban”a qarşı yönələn mübarizəyə rəhbərlik edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.