Avropa parçalanır: “Kemeron tarixi səhvə imza atacaq”

7-04-2015, 21:50           
Avropa parçalanır: “Kemeron tarixi səhvə imza atacaq”
“Böyük Britaniyanın Avropa İttifaqından çıxışı xaos yaradacaq”.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın eks Baş naziri Toni Bler söyləyib.

Onun sözlərinə görə, Britaniya Avropa İttifaqından çıxacağı təqdirdə iş yerləri təhdid ediləcək, investisiya qərarları ya təxirə salınacaq, ya da ləğv olunacaq, Britaniya iqtisadiyyatı isə çətin proqnozlaşdırılan bir vəziyyətə düşəcək.

Qeyd edək ki, Britaniyanın hazırkı Baş naziri Devid Kemeron ümumi seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin Avropa İttifaqından çıxarılması haqqında referendum keçiriləcəyinə dair söz verib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.