Makron onunla tanış olmaq istəyən qızı məhkəməyə verib – MARAQLI FAKTLAR

18-09-2021, 12:24           
Makron onunla tanış olmaq istəyən qızı məhkəməyə verib – MARAQLI FAKTLAR
Fransanın hazırkı prezidenti Emanuel Makronun adı müxtəlif qalmaqallarda, səs-küy doğuran xəbərlərdə tez-tez yayılıb.

Bizim.Media Fransa prezidenti barədə 7 mühüm faktı təqdim edir:

1.Öz müəllimi ilə ailə qurub.

2016-cı ildə Makron seçki kampaniyasına qatılanda insanlar onu bütün namizdələrdən ayırıb. Əsas ona görə ki, Emanuel özündən 25 yaş böyük müəllimi ilə ailə qurub. Sevgi hekayələri isə belə başlayıb: Makron 15 yaşı olarkən 39 yaşlı müəllimi Bricit Tronyeyə aşiq olur. Bricitin ortancıl qızı Makronun sinif yoldaşı olub. 2007-ci ildə isə onlar ailə qurublar.

2. Onunla tanış olmaq istəyən qızı məhkəməyə verib.

Makron bir dəfə onunla yaxın münasibətlərdə olmaq istəyən gənc qızı məhkəməyə şikayət edib. İradı da o olub ki, “mən öz həyat yoldaşıma xəyanət etməyəcəm”. Bu isə Makronun qadın seçicilərinin xoşuna gəlib.

3. İclasdan ölən nənəsinin yanına qaçıb.

Makronun həyatda ən sevdiyi adam onun nənəsi olub. Manet kimi tanınan Jermen Noqez Makronu uşaqlıqda sevgisi ilə əhatə edib. 2013-cü ildə prezident adminstrasiyasında müavin olarkən nənəsinin öldüyünü eşidir və dövlət əhəmiyyətli iclası tərk edir.

4. Yeddi nəvəsinə babalıq edib.

Makronla Bricitin ümumi uşaqları yoxdur. Amma Emanuel Bricitin 3 yetkin övladının atası sayılır. Qızlarından biri elə Fransa prezident administrasiyasında çalışır. Qanuni nikaha görə Makron həyat yoldaşının 7 nəvəsinə babalıq da edir.

5. Koronavirus keçirib.

2020-ci ilin dekabrlında Makron koronavirusa yoluxub. 7 günlük özünütəcrid zamanlı o distant işləyib. Sosial şəbəkə müraciətlərində öskürəkdən əziyyət çəkdiyini bildirib.

6. Natiqliyi ona opera müğənnisi öyrədib.

7. Ən yaxın dostu həyat yoldaşıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.