Səudiyyə ikinci Nimr-i də edam edəcək!

12-03-2016, 14:32           

Səudiyyə Ərəbistanında şiə alimi Şeyx Nimr Baqir ən-Nimrin edamından sonra alimin qardaşı oğlu Əli ən-Nimrin də edam ediləcəyi barədə xəbərlər yayılıb.

”Ukkaz” qəzetinin məlumatına görə, bu barədə Əli ən-Nimrin atası Məhəmməd ən-Nimr məlumat verib.

Onun sözlərinə görə, oğlu ilə bərabər daha 3 nəfər yaxın bir neçə gündə edam ediləcək.

Qeyd edək ki, Əli ən-Nimr 2012-ci ildə rejim əleyhinə mitinqlərdə iştirak etmək ittihamı ilə həbs olunmuşdu. Həbs olunarkən onun 17 yaşı var idi. 2014-cü ildə məhkəmənin qərarı ilə edam cəzasına məhkum edilib.

Xatırladaq ki, şiə alimi Ayətullah Nimr Baqir ən-Nimrin edamı İran ilə Səudiyyə Ərəbistanı arasında böyük siyasi gərginliyə səbəb olub.

Tanınmış şiə din xadimlərindən olan Nimr Ərəbistanda etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin-amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru