Odessa sakinləri qubernator Mixail Saakaşvilinin istefası üçün imza yığmağa başlayıblar.
Avropa.info xəbər verir ki, petisiyanın prezidentə təqdim olunması üçün 25000 imza lazımdır. “Qara piar” kampaniyasını təşkil edən şəxs “Pyotr Poroşenko bloku”nun deputatıdər. Kampaniya çərçivəsində üzərində Saakaşvilinin karikaturası olan qara avtobus bütün şəhər boyu gəzir. Şəhərdə “Tbilisidən çıxardılar, Odessadan da qovarı” şüarı yazılmış onlarla çadır qurulub. Saakaşvilinin əleyhdarları deyirlər ki, petisiyanı minlərlə vətəndaş imzalayıb.
“Qara piar” kampaniyasına baxmayaraq, Saakaşvili ölkənin baş nazir postuna iddialıdır. Almaniyanın “Zeit” nəşrinə müsahibəsində bildirib ki, Ukraynada islahatları sürətləndirmək üçün Poroşenko onu şəxsən çağırıb. Yatsenyuk isə öz növbəsində qorxur ki, tezliklə onu başqası ilə əvəz etsinlər.