Sərkisyanın Moskva səfəri: - Rusiya 50 milyon dollar itirə bilər

12-03-2016, 18:39           
Sərkisyanın Moskva səfəri: - Rusiya 50 milyon dollar itirə bilər
Ermənistan prezidenti Serj Sərkisyanın martın 10-da Moskvaya baş tutan səfərinin əsas məqsədi aydınlaşıb.

Modern.az Rusiyanın “Kommersant” qzəetinə istinadən xəbər verir ki, Ermənistan prezidenti “Qazprom”un ölkəsinə satdığı qazın güzəştli tariflərlə verilməsinə nail olmaq üçün bu addımı atıb.
Qəzetin məlumatına görə Putinlə danışıqlardan sonra rəsmi Yerevana ediləcək qaz güzəştləri “Qazprom”un hər il 50 milyon dollar itirməsinə səbəb olacaq.

Belə ki, Gürcüstana əlavə qazın satılması barədə razılığa gələ bilməyən şirkət Ermənistana təqdim etdiyi güzəştli qaz qiymətininin müddətini 2 il (165 dollar) uzatmalı olacaq.

Qəzet “Qazprom” sədri Aleksey Millerin bu güzəştlərdən narazı olduğunu lakin Putinin qərarını qəbul etdiyini yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru