"Taliban" qadın tibb işçilərinə işləməyə icazə verir

15-10-2021, 10:29           
"Taliban" qadın tibb işçilərinə işləməyə icazə verir
Ankarada baş tutan danışıqlarda “Taliban” nümayəndələri qadınları ölkənin səhiyyə sektoruna qaytardıqlarını bildiriblər.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz “Taliban”a bir neçə təklif verdik. Ölkədə sülh üçün əhalinin bütün qruplarının iştirakı ilə hərtərəfli hökumətə ehtiyacı var. Qadınların ictimai həyata qaytarılmasını, işlə, bizneslə, qızların təhsillə təmin edilməsini təklif etdik. Bu, təkcə Qərb ölkələrinin istəkləri deyil, həm də müsəlman ölkələrinin təcrübəsi və gözləntiləridir. Bizə bildirdilər ki, qadınlar artıq səhiyyə sahəsinə qayıdıblar”, - deyə Çavuşoğlu danışıqların nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında qeyd edib.

O əlavə edib ki, Türkiyənin bütün təklifləri “böyük qardaş” mövqeyindən deyil, bərabərhüquqlu danışıq tərəfdaşı olaraq irəli sürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.