“İrana qarşı əməliyyat planı sürətləndirilir” - Baş qərargah rəisi

10-11-2021, 12:57           
“İrana qarşı əməliyyat planı sürətləndirilir” - Baş qərargah rəisi
“İsrail Silahlı Qüvvələri nüvə təhlükəsi olan İrana qarşı əməliyyat planlaşdırmasını və hazırlığını sürətləndirir”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi Aviv Koçavi deyib.

Koçavi hökumətin 2021-2022-ci illər büdcə planının parlamentdən keçdiyini bildirərək, büdcədə orduya ayrılan payın İranın təhdidləri ilə mübarizə uyğun olduğunu bildirib.


İsrailin düşmənlərinə qarşı əməliyyat və missiyalarını davam etdirdiyini vurğulayan baş qərargah rəisi söyləyib: “İranın nüvə obyektlərinə mümkün hücum üçün hazırlıqlarını gücləndiririk”.

İsrail müdafiə naziri Benni Qantz Şlomidə hərbi sənaye zavodunun açılışındakı çıxışında İranı hədəfə alıb:

“İsrail İran və onun vəkillərinin ölkəmizin hərbi üstünlüyünü sarsıtmağa icazə verməyəcək. Hökumət ayıq-sayıq və hər ehtimala hazır olmaq üçün milyardlarla sərmayə yatırır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.