Yeni müharibə iddiası: İran və İsrail harada döyüşəcək? - GƏLİŞMƏ

10-11-2021, 13:00           
Yeni müharibə iddiası: İran və İsrail harada döyüşəcək? - GƏLİŞMƏ
İsrailin Baş Qərargah rəisi Aviv Koxavi İrana qarşı mümkün hərbi əməliyyatlar barədə açıqlama verib.

O, ölkə parlamentinin xarici əlaqələr komitəsindəki çıxışı zamanı İranın nüvə təhdidinə diqqət çəkərək bu ölkəyə qarşı planlaşdırılan hərbi əməliyyatlar və hazırlıq işlərindən danışıb.

“Ordu hərbi nüvə təhdidi olan İrana qarşı mübarizə üçün əməliyyat planlama və hazırlıq işlərini sürətləndirir”, -deyə Baş Qərargah rəisi bəyan edib. O, bu məqsədlə büdcədən ayrılan vəsaitlərin kifayət etdiyini bildirilib. Qeyd edək ki, son zamanlarda İsrail rəsmiləri tərəfindən İranla müharibə edəcəklərinə dair bir çox bəyanat səsləndirilir. İran isə öz növbəsində hər zaman mümkün müharibəyə hazır olduğunu açıq şəkildə bəyan edir. Həmçinin, hər iki tərəfin hərbi büdcələrini artırması və tez-tez təlimlər keçirməsi də müharibə iddialarının güclənməsinə səbəb olur.

Bəs mövcud vəziyyətdə İsrail və İran arasında müharibə ehtimalı varmı?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, artıq uzun illərdir İsrail və İran arasında hibrid müharibə davam edir:

“Əvvəlcə onu nəzərə almaq lazımdır ki, İsrail və İran arasında birbaşa dövlət sərhədi yoxdur. Yəni tərəflər arasında başqa ölkələrdə- Yəməndə, Livanda və Suriyada müharibələr aparılır. Çünki hər iki ölkənin birbaşa hərbi əməliyyatlar keçirtmək imkanı yoxdur. Bu müharibələrdə ABŞ-ın regiondakı əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı İsrailə dəstək verərək İranın bölgədəki təsir imkanlarını azaltmağa çalışır. Ümumiyyətlə, İsrail ilə İran arasında uzun illərdir ki, müharibə davam edir. Bu müharibənin əsas məqsədi ərəb ölkələrində İranın təsirini zəiflətməklə yanaşı, İsraili və ABŞ-ı gücləndirməkdir.

Həmçinin, İsrail İranla həmsərhəd olan ölkələrin İraq, Türkiyə, Azərbaycan və Əfqanıstan ərazisindən İrana qarşı hər hansı bir hərbi əməliyyat həyata keçirə bilməz. Əlbəttə ki, buna həmin ölkələr imkan verməz. Tərəflər arasında sadəcə olaraq, hibrid şəklində müharibə aparıla bilər. O da artıq uzun illərdir baş verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.