ABŞ hərbi gəmiləri Qara dənizə necə daxil oldu? - Qavrilov
11-11-2021, 00:02
Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının sayını artırdığını iddia edən ABŞ-ın informasiya kampaniyasının məqsədi öz gəmilərini hiyləgərcəsinə Qara dənizə keçirməkdir.
Qafqaz.media xəbər verir ki, bu sözləri Moskvanın Vyanadakı hərbi təhlükəsizlik və silahlanmaya nəzarət üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
“Biz görürük ki, bu fırıldaqçı antirusiya kampaniyasının məqsədi ABŞ gəmilərini Qara dənizə gətirməkdir. Oktyabrın 30-dan “Porter” idarə olunan raket silahları olan esmines bu zonadadır. Noyabrın 3-ü “John Lenthall” tankeri Qara dənizə daxil oldu. Bundan bir gün sonra “Mount Whitney” komanda gəmisi Qara dənizə girdi. Noyabrın 6-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-1B strateji bombardmançı təyyarəsi Qara dəniz üzərində Rusiya sərhədi boyunca 30 kilometr məsafədə uçdu”, – Qavrilov bildirib./Axar.az