Putin nüvə başlığı daşıyan bombardmançı təyyarələri Belarusa göndərdi: Avropa gücləri Varşavada təcili toplandı(FOTOLAR)

11-11-2021, 00:07           
Putin nüvə başlığı daşıyan bombardmançı təyyarələri Belarusa göndərdi: Avropa gücləri Varşavada təcili toplandı(FOTOLAR)
Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı vaxtda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarələr göndərib.

Metbuat.az xəbər verir ki, iki rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir. Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayıb. İddialara görə, Belarus hərbçiləri qaçqınları qarşı tərəfə keçməyə təhrik etmək üçün silahdan istifadə edib atəş açıblar. Yüzlərlə qaçqın müxtəlif yollardan istifadə edərək Avropa Birliyinin sərhədi sayılan Polşaya keçmək cəhdi Avropanı hərəkətə keçirib. Avropalı nümayəndələr Varşavada təcili toplantı keçirəcək.

Qeyd edək ki, Avropa tərəfi gərginliyə görə Vladimir Putini ittiham edir. Onlar iddia edir ki, Putin bu yolla Avropanı xaosa sürükləməyə çalışır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru