Rusiya PUA əleyhinə yeni silah yaradıb?

11-11-2021, 16:57           
Rusiya PUA əleyhinə yeni silah yaradıb?
Rusiya Ümumqoşun Silahlı Qüvvələr Akademiyası dronlardan qorunmaq üçün yeni müdafiə sistemi hazırladığını bildirib. “Rospatent”in saytında yayımlanan məlumata görə, elektrik yüklü şəbəkəli günbəzi xatırladan müdafiə səddi üçün patent 2021-ci ilin oktyabrında verilib.
Müdafiə günbəzi iki şəbəkəli günbəzdən, radioelektron aşkarlama vasitələrindən, avtomatlaşdırılmış operator məntəqəsindən, videomüşahidə vasitələrindən ibarətdir. İddiaya görə, vacib obyektlərin qorunması üçün nəzərdə tutulan sistem PUA-ların sayını, trayektoriyasını müəyyən etməyə imkan verir.

Əlavə etmək qalır ki, bu nəzəri sistemin real döyüş vəziyyətində sınaqdan necə çıxdığını görmək əla olardı. Çünki Rusiya Hərbi-Sənaye Kompleksinin təbliğatının real işindən dəfələrlə qabaqda getməsi artıq heç kimi təəccübləndirmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru