Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu - KƏSKİN ARTIRIB

11-11-2021, 16:53           
Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu - KƏSKİN ARTIRIB
Avropa Komissiyası 2021-2022-ci illər üçün "Brent" markalı etalon neftinin orta qiyməti ilə bağlı proqnozunu yüksəldib.

FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə payız proqnozunda deyilir.

Proqnoza görə, gələn il "Brent"in bir barelinin ortaillik qiyməti 71,6 ABŞ dolları təşkil edəcək ki, bu da əvvəlki proqnozla (68,7 dollar) müqayisədə 2,9 dollar çoxdur.

Məlumata əsasən, 2022-ci ildə "Brent" markalı neftin bir barelinin qiyməti 78,9 dollar səviyyəsində olacağı ehtimal edilir, bu da əvvəlki proqnozla (68,3 dollar) müqayisədə 10,6 dollar çoxdur.

Proqnoza əsasən, 2023-cü ildə "Brent"in orta qiyməti azalacaq və 72,3 dollar səviyyəsində qərarlaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru