Tayvan Çinin hərbi təhdidi ilə bağlı hesabat yayımlayıb

11-11-2021, 17:47           
Tayvan Çinin hərbi təhdidi ilə bağlı hesabat yayımlayıb
Tayvan administrasiyası adanın Çin tərəfindən blokadaya alınma ehtimalı barədə dünyanı xəbərdar etməkdə davam edir.
Ordu.az xəbər verir ki, administrasiyanın Müdafiə Nazirliyi yeni hesabat yayıb.

İki ildən bir açıqlanan hesabata görə, Çin Silahlı Qüvvələri Tayvanın əsas limanlarını və hava limanını blokadaya ala bilər. Hesabatda qeyd edilir ki, Çin çox ciddi hərbi təhlükə yaradır.

Çin Tayvanı öz nəzarəti altına almaq üçün güc tətbiq etmək hüququndan heç vaxt imtina etmir. O, adanın ətrafında və Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) dəfələrlə döyüş təyyarələri uçurmaq da daxil olmaqla, hərbi fəaliyyətlərini artırıb.

Nazirliyin hesabatına görə, Çin xüsusilə son illərdə “boz zona” döyüşlərini artırıb. Qeyd olunub ki, Çin döyüş təyyarələri ötən ilin sentyabrından bu ilin avqust ayının sonuna kimi ümumilikdə 554 qayda pozuntusu həyata keçirib.

Hərbi analitiklərin fikrincə, Çinin taktikası Tayvanı taqətdən salmaq məqsədi daşıyır.

Tayvan Müdafiə Nazirliyinin hesabatında həmçinin qeyd olunub ki, Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvana qarşı mümkün əməliyyatlarda üstünlük əldə etmək və təhdid edən xarici qüvvələri bölgədən uzaq tutmaq və əldə etmək üçün 2035-ci ilə qədər qüvvələrinin modernləşdirilməsini başa çatdırmağı hədəfləyir.

Tayvan bildirdi ki, oktyabrda cəmi 4 gün ərzində Çin Hərbi Hava Qüvvələrinə məxsus 148 təyyarə Tayvanın ADIZ ərazisini cənub və cənub-qərb istiqamətlərindən pozub.

Çinin Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasında hərbi təlimlərinin artırılması Taypeyin “diqqətlə planlaşdırılmış təqib strategiyası” kimi gördüyü işlərin bir hissəsidir.

“Çinin qorxulu davranışı təkcə bizim döyüş gücümüzü tükəndirmək, imanımızı və mənəviyyatımızı sarsıtmaq deyil, həm də Tayvan boğazındakı status-kvonu dəyişdirmək və nəticədə “Tayvanı döyüşsüz almağa” nail olmaq məqsədi daşıyır”.

Tayvan Müdafiə Nazirliyinin fikrincə, Çinin “xarici müdaxiləni rədd edərək Tayvanı tez bir zamanda ələ keçirmək” strategiyasının qarşısını almaq üçün etməli olduğu şey “hər hansı hücumu Çin üçün mümkün qədər ağrılı və çətin etmək üçün asimmetrik müharibə səylərini dərinləşdirməkdir”.

Bu asimmetrik səylərə Çindəki hədəflərə uzaqmənzilli raketlərlə dəqiq zərbələr endirmək, sahildə minalanmış sahələr yerləşdirmək və ehtiyatda olan hərbçilərin hazırlığını artırmaq daxildir.

Sevinc Əliyeva 












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.