Avropanın iqtisadi artım tempi yüksək enerji xərclərinə səbəb olub

12-11-2021, 08:30           
Avropanın iqtisadi artım tempi yüksək enerji xərclərinə səbəb olub
Avropa Komissiyası gələn il üçün proqnozunu azalmaya doğru dəyişərək, enerji qiymətlərinin dəyişməsinin kommunal ödənişlərə təsir edəcəyi və ev təsərrüfatlarının alıcılıq qabiliyyətinə və investisiyalarına təsir edəcəyi barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, iqtisadiyyat üzrə avrokomissar Paolo Gentiloni mətbuat konfransında Komissiyanın çox müsbət proqnoz verdiyini, lakin kifayət qədər yüksək səviyyədə qeyri-müəyyənlik olduğunu söylədi.

Komissiya payız proqnozunu bu il üçün yayda proqnozlaşdırılan 4,8 faizdən 5 faizədək artırıb, 2022-ci il üçün isə - 4,5 faizdən 4,3 faizə endirib. 2023-cü il üçün iqtisadiyyatın artim templəri 2,4 faiz civarında qalacağı təxmin edilir.

Gentiloni, 2021-ci ilin ikinci rübündə Aİ-nin ÜDM-in artım tempinin illik müqayisədə təxminən 14 faiz olduğunu, və bu göstəricinin bu günə qədər qeydə alınan ən yüksək göstərici olduğunu söyləyib.

Lakin artan iqtisadi fəallıq fonunda avrokomissar bəzi amillərin, xüsusilə son aylar müşahidə olunan enerjidaşıyıcıların qiymətinin artmasının, mənfi təsirlərini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru