ABŞ-la "Taliban" arasında gələn həftə məsləhətləşmələr başlayır

24-11-2021, 09:44           
ABŞ-la "Taliban" arasında gələn həftə məsləhətləşmələr başlayır
ABŞ Dövlət Departamenti gələn həftə "Taliban"la terrorla mübarizə mövzusunda məsləhətləşmələrə başlayacağını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Prays deyib ki, Əfqanıstan üzrə xüsusi elçi Tom Uest "Taliban" liderləri ilə iki həftəlik görüş üçün Dohaya gedəcək.

Danışıqlara ABŞ vətəndaşları və xüsusi öhdəliklərimiz olan əfqanlar üçün təhlükəsiz səyahət, həmçinin humanitar yardım məsələləri daxildir.

Qeyd edilir ki, ABŞ təkcə bu il Əfqanıstana 474 milyon dollar humanitar yardım vəd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru