İspaniya kraliçası yenə köhnə geyimdə ictimaiyyət qarşısına çıxdı - FOTO

25-11-2021, 08:34           
İspaniya kraliçası yenə köhnə geyimdə ictimaiyyət qarşısına çıxdı - FOTO
İspaniya kraliçası Letisiya (Ortis Rokasolano) dörd il əvvəlki köhnə paltoda görünüb.

49 yaşlı məşhur İsveçə iki günlük səfərə getmək üçün əri Kral VI Filip ilə Adolfo Suarez adına Madrid-Baraxas Beynəlxalq Hava Limanında ictimaiyyət qarşısına çıxıb.

Letisiya əynində dəbdəbəli “Hugo Boss” markasının qırmızı paltosu, qara, uzun boğazlı sviter və qısa enli şalvar olub.

O, ilk dəfə 2017-ci ildə İspaniyanın Xərçənglə Mübarizə Assosiasiyası (AECC) ilə görüşdə bu paltonu geyinib.

İspaniya kraliçası daha əvvəl də köhnə geyimlərlə gündəmə gəlib.

Sentyabr ayında o, qayınanası Kraliça Sofiyaya məxsus olan 40 illik paltarda ictimaiyyət qarşısına çıxıb. Məşhur həmin geyimdə Çili prezidentini Madriddə qarşılamağa gedib. Kraliça Sofiya o paltarı ilk dəfə 1981-ci ildə İtaliyada səyahət edərkən geyinib.

Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru