Yeni Zelandiyada minlərlə litr pivə kanalizasiyaya axıdılacaq - FOTO

26-11-2021, 09:15           
Yeni Zelandiyada minlərlə litr pivə kanalizasiyaya axıdılacaq - FOTO
Yeni Zelandiyada pivə zavodu təxminən 7000 litr pivəni kanalizasiyaya tökərək utilizasiya etmək qərarına gəliblər.

Vestport pivə zavodunda istehsal edilən pivə çənlərdə və çəlləklərdə saxlanılırdı. İstehsalçı aksiz vergisini (tütün, yanacaq və alkoqol üçün vergi forması) ödəyə bilmədiyi və alıcı tapa bilmədiyi üçün içkini utilizasiya etməli olur. Yerli çirkab sutəmizləyici qurğular bu həcmdə sənaye tullantılarının öhdəsindən gələ bilmədiyi üçün utilizasiya bir neçə həftə çəkəcək.

Pivə zavodunun 41 min dollar gömrük borcu var, həmçinin kreditorlara 181 min dollardan çox ödəməyə borcludur. Şirkətin əsas sahibi kanadalı iş adamıdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru