İsrail bir neçə ölkələrdən gələnlər üçün girişi qadağan edib

26-11-2021, 09:17           
İsrail bir neçə ölkələrdən gələnlər üçün girişi qadağan edib
İsrail regionda B.1.1.529-un yeni növ koronavirusunun aşkarlanması ilə əlaqədar israillilərin səfəri qadağan edilən ölkələr siyahısına Cənubi Afrikanı və daha altı Afrika ölkəsini əlavə edib.

Trend-in məlumatına görə, bu barədə İsrail Baş naziri Naftali Bennetin mətbuat xidməti bildirib.

Açıqlamada qeyd olunub: "Xarici ölkədə koronavirusun yeni B.1.1.529 ştammı aşkar edildikdən sonra Baş nazirin keçirdiyi iclasın nəticələrinə əsasən, Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya və Esvatininin (israillilərin səfəri qadağan edilən) "qırmızı ölkələr" siyahısına daxil edilməsi qərara alınıb. Bu ölkələrdən olan əcnəbilər İsrailə daxil ola bilməyəcək".

Bildirilib ki, "bu ölkələrdən İsrailə qayıdan bütün [İsraillilər] üçüncü doza ilə peyvənd edilənlər də daxil olmaqla, otellərdə yeddi gün karantində qalacaqlar."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru