Cənubi Koreya KXDR-in nüvə, raket fəaliyyətlərini diqqətlə izləyir
26-11-2021, 15:26
Şimali Koreyanın “Yongbyon” kompleksində nüvə reaktorunun fəaliyyətini davam etdirdiyinə dair xəbərlərin yayılması fonunda Cənubi Koreya KXDR-in nüvə və raket fəaliyyətlərini ABŞ-la sıx əməkdaşlıq edərək izlədiyini bildirib. Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.
ABŞ-ın “38 North” monitorinq saytı, peykdən çəkilmiş görüntülərə istinad edərək kompleksdə 5 meqavatlıq reaktordan ən azı bir generatorun işlədiyini göstərən buxarın aşkar edildiyini bildirib.
Nazirlik rəsmisi “kəşfiyyat məsələlərini” təsdiqləməkdən imtina edib, lakin hökumətin KXDR-in nüvə obyektlərini izlədiyini bildirib..
Qeyd olunub ki, Seul, həmçinin 2017-ci ildə yeni qitələrarası ballistik raketin buraxılış ildönümünü qeyd etmək üçün Şimali Koreyada baş verə biləcək hər hansı hadisənin mümkün əlamətlərini izləyir.