Böyük Britaniyada aylıq avtomobil istehsalı 65 illik minimuma düşüb

26-11-2021, 18:24           
Böyük Britaniyada aylıq avtomobil istehsalı 65 illik minimuma düşüb
Bu ilin oktyabr ayında Böyük Britaniyada 64 729 avtomobil istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% azdır.

Cebhe.info xarici mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil İstehsalçıları və Ticarətçiləri Cəmiyyəti (SMMT) məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə avtomobil istehsalı 1956-cı ildən bəri minimum həddə düşüb. Azalma çip qıtlığı ilə bağlıdır.

Bu ilin 10 ayında isə Böyük Britaniyada 721 505 ədəd avtomobil istehsal edilib. Bu isə 1 il əvvələ nisbətən 2,9% azdır. O cümlədən daxili bazar üçün azalma 10,4%, xarici bazar üçün azalma isə 1,2% təşkil edib.

Müstəqil ekspertlərə görə, Böyük Britaniyada istehsal olunan avtomobillərin sayı ötən il olduğu kimi bu il də 1 milyon ədədə çatmaya bilər. Gələn il isə ölkədə azı 1 milyon, 2024-cü ildə isə 1,2 milyon avtomobil istehsal olunacağı ehtimal edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru