Putin Paşinyanın adını “unutdu”

26-11-2021, 19:48           
Putin Paşinyanın adını “unutdu”
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə müzakirələr zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın adını “unudub”. Bu barədə sosial şəbəkələrdə yayılan kadrlardan da görünür.
“Qarabağ nizamlanmasına gəldikdə isə, üç tərəfli formatda danışacağıq, bizə bir müddət sonra (sükut – red.) …Ermənistanın baş naziri də qatılacaq”, – deyə Putin bildirir.
Kadrlar yayıldıqdan sonra bir çoxları Putinin Ermənistanın adını çəkmək istəmədiyini, digərləri isə Nikol Paşinyanın adını unutduğunu, buna görə də, sadəcə “Ermənistanın Baş naziri” sözü ilə kifayətləndiyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru