Putinin Paşinyanla ikitərəfli görüşü başa çatıb - YENİLƏNİB

26-11-2021, 22:16           
Putinin Paşinyanla ikitərəfli görüşü başa çatıb - YENİLƏNİB
Rusiya Ermənistanla münasibətlərin strateji və müttəfiq xarakterini yüksək qiymətləndirir.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşdə deyib.

Putin ölkələr arasında ticarət dövriyyəsinin pandemiyadan əvvəlki səviyyəyə çatacağına ümid etdiyini bildirib.

"Düzdür, son bir ildə ticarət dövriyyəsi bir qədər azalıb, ümid edirəm ki, bundan sonra daha da irəli gedəcəyik", - Rusiya lideri əlavə edib.

Qeyd edək ki, ikitərəfli görüş artıq başa çatıb.

Cebhe.info

21:17

“Hazırda Soçidə Prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş başlayıb”.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Üçtərəfli görüş başa çatıb. Prezidentlər media üçün birgə bəyanatla çıxış ediblər, bir müddət sonra açıqlanacaq", - Kreml sözçüsü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru