NATO-nun baş katibi nüvə silahı olmayan dünyada yaşamaq arzusundadır

27-11-2021, 08:39           
NATO-nun baş katibi nüvə silahı olmayan dünyada yaşamaq arzusundadır
“Alyansdakı müttəfiqlər, o cümlədən Almaniya Nüvə Silahlarına Qadağa Müqaviləsinə qoşulmamalıdır, çünki dünya təhlükəsizləşmir”.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Mən Almaniyanın yeni rəhbərliyinin platformasını alqışlayıram. İnanıram ki, bu platforma açıq şəkildə bəyan edir ki, Almaniya güclü və etibarlı NATO müttəfiqi olmağa davam edəcək, o cümlədən nüvə silahının birgə istifadəsinə sadiq qalacaq. Nüvə Silahlarına Qadağa Müqaviləsinə gəldikdə, bütün NATO müttəfiqləri razılaşdılar ki, biz onun bir hissəsi olmamalıyıq. Biz nüvə silahı olmayan bir dünya üçün çalışırıq, lakin bunun üçün balanslaşdırılmış və etibarlı silahlara nəzarət lazımdır.

Biz nüvə silahının olmadığı bir dünyada yaşamaq istərdik, amma Rusiya, Çin, Şimali Koreya kimi dövlətlər nüvə silahına malikdir. Dünya təhlükəsizləşmir. Bu kimi məsələlərdə vahid cəbhə kimi çıxış etməliyik”- deyə Yens Stoltenberq vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru