Avstraliyada panika - Doqquz ölkədən uçuşlar dayandırıldı

28-11-2021, 08:33           
Avstraliyada panika -
Avstraliyanın Səhiyyə Naziri Qreq Hant Cənubi Afrika, Namibiya, Zimbabve, Botsvana, Lesoto, Esvatini, Seyşel adaları, Malavi və Mozambikdən hava səfərlərinin dayandırılması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, qərarın verilməsinə səbəb Afrikada yayılan COVID-19 virusunun yeni mutasiyası Omicrondur.

Nazir bildirib ki, qarşıdakı son 14 gündə sözügedən 9 ölkədə olan qeyri-Avstraliya vətəndaşlarının Avstraliyaya girişinə icazə verilməyəcək. Bu ölkələrdən olan Avstraliya vətəndaşları qayıtdıqdan sonra 2 həftə karantində qalacaqlar. Əvvəllər Avstraliyaya gəlmiş və son 14 gün ərzində bu ölkələrin hər hansı birinə səfər etmiş şəxslərdən isə dərhal karantinə düşmələri və testdən keçmələri tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru