Avropanın daha bir ölkəsində “omikron” ştamı aşkar edildi

28-11-2021, 09:23           
Avropanın daha bir ölkəsində “omikron” ştamı aşkar edildi
İtaliyada koronavirusun yeni “omikron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Qeyd edilir ki, virus İtaliyanın cənubunda, Kampaniya muxtar vilayətində yaşayan sakində aşkar edilib.

Mənbə iddia edir ki, “omikron”a yoluxan şəxs bir neçə gün əvvəl Mozambikdən ölkəyə qayıdıb.

Hazırda onunla təmasda olan qohumları da xüsusi nəarətə götürülüb.

Onların səhhəti yaxşıdır.

Xatırladaq ki, Afrikanı cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “omikron” hərfi ilə adlandırıb.

Bu ştamın yoluxma riskinin yüksək olduğu bildirilir.

Mənbə: Il Messaggero nəşri












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru