“Taliban” üzvü türkiyəli diplomata söz verdi

28-11-2021, 10:09           
“Taliban” üzvü türkiyəli diplomata söz verdi
Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı 2022-ci ilədək ölkənin bütün ərazisində qızlar üçün məktəblərin açılacağı bəyan edib.

“Yeni təhsil planı hazırlanandan sonra növbəti il bütün ölkədə qızlar üçün məktəblər açılacaq”, - deyə Türkiyənin Əfqanıstandakı səfiri ilə görüşən “Taliban” rəsmisi Əbdül Kəbir vurğulayıb.

“Taliban” rəhbərliyində təmsil olunan şəxs əlavə edib ki, hazırda Əfqanıstanda qadınlar pasport idarələrində, hava limanlarında, səhiyyə sektorunun müxtəlif qurumlarında və əksər əyalətlərdəki məktəblərdə öz fəaliyyətlərini sərbəst şəkildə davam etdirirlər.

Mənbə: “İnterfax”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru