Rusiyanın Ukraynaya hücum planı var?

28-11-2021, 10:20           
Rusiyanın Ukraynaya hücum planı var?
Ukraynaya mümkün hərbi təhlükə ilə bağlı ittihamlar Prezident Vladimir Zelenskinin siyasətindəki uğursuzluqları gizlətmək cəhdləri ilə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Bu gün xəyali Rusiya təhlükəsi ilə bağlı aydın şəkildə görünən bu isteriya, mənim fikrimcə, Ukraynanın hazırki prezidentinin uğursuzluqlarına haqq qazandırmaq istəyidir.

Biz politoloqlara və ABŞ administrasiyasına deyirik: Rusiya heç kimə hücum etmək fikrində deyil", - diplomat vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru