İsraildə “omikron” daşıyıcıları mobil telefon vasitəsilə izlənəcək

29-11-2021, 07:37           
İsraildə “omikron” daşıyıcıları mobil telefon vasitəsilə izlənəcək
İsrail hökuməti koronavirusun “omikron” ştamına yoluxmuş insanların geolokasiya məlumatlarının izlənməsinə izacə verib.

Müvafiq məlumat hökumətin mətbuat xidməti tərəfindən yayılıb.

Məlumata görə, yoluxanlar Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən izlənəcək.

“Omikron” daşıyıcısının yerinin cib telefonu vasitəsilə müəyyən edilməsi halları virusun yayılmasının dayandırılması və yoluxma zəncirinin qırılması məqsədilə həyata keçiriləcək”, - deyə məlumatda bildirilib.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru