Fransa-İngiltərə gərginliyi böyüyür: “Sizin girovunuz olmayacağıq”

29-11-2021, 10:46           
Fransa-İngiltərə gərginliyi böyüyür:
Fransa daxili işlər naziri Cerald Darmanin İngiltərənin daxili siyasətinin girovu olmayacaqlarını, amma miqrant böhranı ilə əlaqədar ciddi danışıqlara hazır olduqlarını bildirib.

Teleqraf.com xəbər verir ki, Darmanin bunu belçikalı, alman və holland həmkarları ilə görüşdən sonra deyib.

“İngiltərə Avropanı tərk etdi, amma dünyadan getmədi. Biz Britaniyanın daxili siyasətinin girovluğuna düşmədən bu suallar üzərində ciddi işləməliyik”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Britaniya sahillərinə çatmağa çalışan və Manş boğazı boyunca təhlükəli səyahətə çıxan miqrant axınına görə məsuliyyət Londonun üzərinə düşür.

Darmanin bildirib ki, Böyük Britaniyada şəxsiyyət vəsiqəsi olmadan da işləmək mümkündür, bu da bu ölkəni miqrantlar üçün cəlbedici edir.

Cerald Darmanin bundan əvvəl ingilis həmkarı Priti Patellə görüşünü ləğv edib. Bu açıqlama Böyük Britaniya Baş naziri Boris Consonun Fransanı sərt şəkildə tənqid etməsindən sonra verilib.

Baş nazir bu məsələdə əsas günahkarın Fransa olduğunu söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.