Keşişdən Paşinyana sərt sual: - "Erməni əsgəri sizin üçün kişi sayılırmı?"

29-11-2021, 13:19           
Keşişdən Paşinyana sərt sual: - "Erməni əsgəri sizin üçün kişi sayılırmı?"
Məşhur erməni keşiş Serop Azarian baş nazir Nikol Paşinyanı aşağılayan ifadələr işlədib. Ölkə rəhbərinə kinayəli suallar ünvanlayan radikal keşiş Ermənistanda transgenderlərə döyüşçülərdən çox dəyər verilməsindən gileylənib.

- Mənim baş xainə bir neçə sualım var. Siz transgenderləri “şəxsi müdafiəniz altında olan” bir insan sayaraq 20 milyon dollarlıq bir filmə layiq görürsüz. O zaman Bakıda nə qədər erməni məhbus sizin “şəxsi müdafiəniz” altındadır? “Şəxsi müdafiəniz” altında neçə millimetr vətən torpağı var? Nə qədər qurbanı Yerablurda "şəxsi himayəniz"ə almışdınız? Neçə döyüşçü və erməni əsgərin-qurbanların qəhrəmanlıq əməllərini filmə layiq bildiniz? Heç olmasa birini deyin. Heç olmasa bir film tapıb göstərə bilərsinizmi?
İndi sizə son sual verirəm. Erməni əsgəri sizin üçün kişidir? Yerablura hörmətsizlik etməyin...

Qeyd edək ki, bir neçə il öncə transgender olan erməni ağırlıqqaldıran Meline Daluzyan haqqında film çəkilmişdi. Dövlət büdcəsindən isə filmin çəkilişi üçün 20 milyon dram(48 min dollar-red) ayrılmışdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru