“BU RAKETLƏ VURA BİLƏRİK” - Rusiya 8 ölkəni hədələdi

29-11-2021, 16:08           
“BU RAKETLƏ VURA BİLƏRİK” -
Rusiyada nəşr olunan “Voenno-promışlennıy kurer” qəzetindəki məqaləyə görə, “İsgəndər-M” raketi bütün Avropa qitəsinə çata biləcək mənzilə malikdir.

Teref.az teleqraf.com-a istinadən xəbər verir ki, “İsgəndər-M” raket sistemlərinin Qərb Hərbi Dairəsinin Əlahiddə Ümumqoşun Ordusunun xidmətinə daxil edilməsi ilə Rusiya Quru Qoşunlarının raket bölmələrinin yenidən təchiz edilməsi prosesinin başa çatdırıldığı bildirilib.

Məqalədə Qərb Hərbi Dairəsinin qoşunlarının potensial düşmənin strateji hədəflərini əhəmiyyətli məsafələrdən effektiv şəkildə vurmaq imkanı əldə edəcəyi qeyd edilib və bildirilib ki, Ukrayna, Polşa, Litva, Latviya, Estoniya, Danimarka, İsveç və Finlandiya raketlərin təsir dairəsinə düşür.

Məqalədə 9M728 və 9M729 raketlərinin uçuş məsafəsinin 499 kilometr olduğu, “İsgəndər-M” raket sisteminin isə bütün Avropa qitəsinə çata biləcək mənzilə sahib olduğu da vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru