Avstriyada vaksinasiyadan imtina edənlər külli miqdarda cərimələnəcək

30-11-2021, 07:46           
Avstriyada vaksinasiyadan imtina edənlər külli miqdarda cərimələnəcək
Avstriyada COVID-19-a qarşı məcburi peyvəndin tətbiqi ilə bağlı qanun layihəsi peyvənddən imtinaya görə 7200 avroya qədər cəriməni nəzərdə tutur.

Layihəyə əsasən, koronavirusa qarşı məcburi vaksinasiya 2022-ci ilin fevral ayından etibarən Avstriyada yaşayan bütün şəxslərə şamil ediləcək.

Peyvənddən imtinaya görə minimal cərimə 3600 avro təşkil edəcək. Onu ödəməkdən imtina edənlər isə dörd ay həbs cəzası alacaq.

Hökumətin vaksinasiya barədə iki bildirişinə məhəl qoymayanlar ikiqat, yəni 7200 avro məbləğində cərimələnəcək.

İstisnalar peyvəndlə əlaqədar həyatı və sağlamlığı risk altında olan şəxslər, hamilə qadınlar və 12 yaşınadək uşaqları əhatə edəcək.

Qeyd edək ki, qanun layihəsi dekabrın ikinci həftəsində təqdim edilməli, onun qanuni qüvvəyə inməsi üçünsə Avstriya parlamentinin hər iki palatası tərəfindən təsdiq olunmalıdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru