NATO 40 min hərbi qulluqçusunu Latviyaya göndərir

30-11-2021, 08:59           
NATO 40 min hərbi qulluqçusunu Latviyaya göndərir
“Lazım gəlsə, qısa müddət ərzində Latviyaya 40 mindən çox əsgər göndərmək mümkün olacaq”.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Riqada Latviya Prezidenti Eqil Levitslə görüşdən sonra bildirib.

"Biz soyuq müharibədən bugünədək ümumi müdafiə sisteminin genişləndirilməsini ardıcıl olaraq həyata keçiririk. Döyüş qrupları Baltikyanı ölkələrdə və Polşada yerləşdirilib. Həm dənizdə, həm də havada mövcudluğumuzu gücləndirmişik. Biz, həmçinin təlimlərdə müttəfiqlərlə sıx əməkdaşlıq edirik”, - Stoltenberq vurğulayıb.

O, qeyd edib ki, NATO Latviya, Litva və Polşa sərhədlərində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Baltik regionunda müttəfiq qoşunlarının olmasını təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru