ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər

30-11-2021, 08:33           
ABŞ Pfizer peyvəndinin "buster" dozasını 16-17 yaşlılar üçün təsdiq edə bilər
ABŞ-ın Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) gələn həftə 16 və 17 yaşlı şəxslər üçün Pfizer-BioNTech peyvəndinin gücləndirici ("buster") dozasını təsdiq edə bilər.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir addım koronavirusun "omikron" ştammının yayılması ilə bağlı artan narahatlıqla əlaqələndirilir.

Bundan əvvəl, FDA 18 yaşına çatmış şəxslər üçün Pfizer-BioNTech gücləndirici dozasının istifadəsini təsdiqləmişdir. Gücləndirici doza vaksinin ikinci komponenti tətbiq edildikdən ən azı altı ay sonra vurula bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru