Koronavirusun “omikron” ştammı İsveçdə də tapıldı

30-11-2021, 10:58           
Koronavirusun “omikron” ştammı İsveçdə də tapıldı
Koronavirusun yeni, daha yoluxucu ştamı “omikron” artıq İsveçdə də tapılıb.

Teleqraf.com İsveçin İctimai Səhiyyə Agentliyinə istinadən xəbər verir ki, bu yaxınlarda Krallıqdan Afrikanın cənubuna səfər edən şəxsin koronavirusun bu yeni mutasiyasına yoluxması aşkar edilib.

Agentliyin məlumatına görə, virusun yeni ştamı İsveçin cənub bölgəsinin sakinində tapılıb. Mutasiyaya uğramış virus onun bir həftə əvvəl verdiyi test nümunəsində aşkarlanıb.

İsveç İctimai Səhiyyə Agentliyinin təmsilçisinin fikrinə əsasən, bu yeni virus mutasiyasının İsveçdə peyda olması gözlənilən idi, çünki yeni ştam artıq bir sıra Avropa ölkələrində də aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru