Rusiya Xəzər Şurasının yaradılmasını TƏKLİF ETDİ

1-12-2021, 15:04           
Rusiya Xəzər Şurasının yaradılmasını TƏKLİF ETDİ
Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarıını cavablandırarkən bildirib.

O, Xəzəryanı ölkə başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləyib:

“Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var. Burada yəqin ki, məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı sadəcə müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru